📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail bu şəhərdə təmizləmə əməliyyatı aparır

2023-10-09 15:15:07

İsrail bu şəhərdə təmizləmə əməliyyatı aparır

İsrail hərbçiləri Sderot şəhərinin terrorçulardan təmizlənməsi istiqamətində əməliyyat aparır.

Hurriyyet.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan məlumat verilib.

“Desant briqadası gərgin döyüşlər aparır. Briqada komandirləri və əsgərlər yaşayış məntəqələrində axtarışlar həyata keçirir, terrorçuları zərərsizləşdirirlər. Onlar əsgərlərlə birlikdə Sderotu terrorçulardan təmizləmək üçün əməliyyat keçirirlər”, - məlumatda qeyd olunub.