İsrail bunu gizli saxlayırdı – “New York Times” məxfi sənədi deşifrə etdi
Qəzzadakı bir neçə günlük atəşkəsdən sorna HƏMAS ilə İsrail arasında yenidən alovlanan münaqişə fonunda “The New York Times” nəşrində maraqlı bir yazı dərc olunub.
Hurriyyet.az xəbər verir ki, ABŞ nəşri İsrailin gizli saxladığı “Yerixo divarı” adlı 40 səhifəlik gizli sənədlər əldə etdiyini yazıb.
Gündəmə bomba kimi düşən bu xəbərdə qeyd olunub ki, İsrail HƏMAS-ın məlum hücum planından bir ildən əvvəl xəbardar olub. Sözügedən sənəddə Fələstin qruplaşmasının həyata keçirdiyi şok hücumun təfərrüatlarının ətraflı şəkildə göstərildiyi bildirilib.
“Sənəddə hücumun əvvəlində raket zərbələri endirilməsi, dronların sərhəd boyu təhlükəsizlik kameraları və pulemyotları zərərsizləşdirməsi, silahlı şəxslərin paraplan, motosiklet və oxşar maşınlarla kütləvi şəkildə İsrailə axışması göstərilir. Bütün bunlar oktyabrın 7-də baş verən hadisələrdi”,-deyə nəşt bildirib.
ABŞ nəşrinin bu yazısı başda İsrail olmaqla, əksər dünya ölkələrində böyük müzakirələrə səbəb olub.
AzPolitika.info