📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

 İsrail Çinə, "İranı dayandırın!" deyə çağırış etdi

2023-04-18 16:26:00

 İsrail Çinə,

İsrailin xarici işlər naziri İranın atom bombası əldə etməyə çalışdığını bildirərək Çindən Tehranı dayandırmasını istəyib.
Belə ki, İsrailin xarici işlər naziri Eli Koen deyib: "İran qeyri-sabitlik mənbəyidir və onun regional fəaliyyətləri bütün Yaxın Şərqə zərər verir". Xatırladaq ki, Çin İsraillə Fələstin qarşıdurmasının tənzimlənməsində vasitəçi rolu oynamaq istədiyini bəyan edib. Belə görünür ki, Çin ABŞ-ın "bostanına daş atmağ"ın vaxtının çatdığını düşünür.

Ülviyyə, Hurriyyet.az