İsrail Dəməşq yaxınlığına raket atdı – həlak olanlar var
2022-07-22 12:14:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Suriyanın paytaxtı Dəməşq şəhərinə İsrail tərəfindən hava hücumu edilib. Hücum nəticəsində 3 Suriya əsgərinin həlak olduğu xəbər verilir.
Suriyanın SANA rəsmi informasiya agentliyinin hərbi mənbələrə istinad elədiyi xəbərdə yerli saatla 00.32-də Dəməşq ətrafındakı Suriya hərbçilərinə məxsus bəzi məntəqələrə İsrail tərəfindən hava hücumu etdiyi bildirilir. Xəbərdə deyilir: “Hava hücumundan müdafiə sistemlərimiz işğal altındakı Golan təpələri istiqamətindən atılan düşmən raketlərindən bəzilərini zərərsizləşdirib”.
Hürr Tərcüman