İsrail ərazisi raket atəşinə tutulub
2024-06-10 15:06:17
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrail ordusu Livandan yeni raket zərbələrini qeydə alıb. Ordunun mətbuat xidmətinin məlumatına görə, son saatlarda ölkənin şimal rayonlarına atılan raketlər bəzi hallarda yanğınlara səbəb olub.
İsrail tərəfinin də Livan ərazisinə artilleriya atəşləri açdığı bildirilir.
Hürr Tərcüman