“İsrail ərazisinə raketlər atılıb”
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, İsrail mətbuatı Qəzza bölgəsindən İsrail ərazisinə 9 ədəd raket atıldığını bildirib.
İsrailin Müdafiə Ordusunun verdiyi məlumata görə, ilkin onlaraq Qəzzadan beş raket atılıb, onlardan dördü HHM sistemləri tərəfindən dəf edilib. Raketlərdən birinin sənaye zonasındakı Sderota zavoduna düşərək dağıntı törətdiyi qeyd edilir.
Ardından eyni istiqamətdən daha dörd raket atılıb. Mərmilərin dördü də açıq əraziyə düşüb.
Yaralılar barəsində məlumat yoxdur.
Fələstin mətbuatı yazır:
Raket zərbələri Qüdsdəki Əl Əqsa məscidindəki toqquşmalardan bir neçə saat sonra endirilib.
İsrail polisi Ramazan ayında gecə saatlarında Əl Əqsa məscidinə daxil olaraq, içəridə topalaşmış insanları oradan çıxarmağa çalışıb, bunun üçün işıq-səs qumbarlarından istifadə edib.
Məsciddəki fələstinlilər polislərə daş atıblar.
Fələstin mətbuatının yazdığına görə, toqquşmalar zamanı onlarla fələstinli yaralanıb, həkimlərə hadisə yerinə getməyə icazə verilməyib.
Hürr Tərcüman