📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Fələstin xəstəxanasını mühasirəyə aldı

2023-11-14 22:35:14

İsrail Fələstin xəstəxanasını mühasirəyə aldı

“Əş-Şəfa” tibb kompleksi tamamilə İsrail əsgərləri tərəfindən mühasirəyə alınıb və təxliyə qərarı xəstəxana administrasiyası tərəfindən verilir.

Bu barədə Fələstinin səhiyyə naziri May əl-Keyla deyib.

“Əş-Şəfa" tibb kompleksi tamamilə İsrail tankları və əsgərləri tərəfindən mühasirəyə alınıb. Xəstəxana kompleksinin boşaldılması qərarını xəstəxana rəhbərliyi verir, kompleksdə çoxlu sayda yaralı olduğu üçün bu, mürəkkəb məsələdir. Çünki onların bir çoxu süni nəfəs aparatına qoşulub. Əgər bu sistem dayansa, dərhal öləcəklər”, - nazir bildirib. \\Axar.Az