📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Finlandiyanı raket hücumundan qoruyacaq – ABŞ icazə versə

2023-04-06 13:33:00

İsrail Finlandiyanı raket hücumundan qoruyacaq – ABŞ icazə versə

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Finlandiya hökuməti İsraildən Hava Hücumundan Müdafiə sistemi almaq niyyətində olduğunu bəyan edib. Sövdələşmənin məbləği 316 milyon avrodur.

Finlandiyanın Müdafiə Nazirliyi İsraildən “Kela David" (“David sapandı”) HHM kompleksi almaq niyyətində olduğunu bildirib. Finlandiya MN rəhbərinin açıqlamasında deyilir: “Sistem Finlandiyanın müdafiə qbiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Onun sayəsində yüksək hündürlükdə olan hədəfləri dəf etmək mümkün olacaq”.

Xəbərlərə görə, bu razılaşma sayəsində gələcəkdə daha 216 milyon evro məbləğində hərbi ticarət mümkün olacaq.

Finlandiyanın NATO ittifaqında daxil olduqdan dərhal sonra İsrail HHM sistemi almaq qərarını verdiyi bildirilir. Lakin sövdələşmənin tam təsdiqlənməsi üçün Birləşmiş Ştatların razılığı vacibdir.

Hürr Tərcüman