📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail firması Türkiyə-Ermənistan sərhədini minalardan təmizləyir

2022-07-13 17:31:00

İsrail firması Türkiyə-Ermənistan sərhədini minalardan təmizləyir

Hurriyyet.az xəbər verir ki, Türkiyə-Ermənistan sərhədlərinin üçüncü ölkələrin vətəndaşlarının üzünə açılışı ilə bağlı rəsmi Ankara ilə İrəvanın Ankaranın razılaşmaları fonunda sərhəd xətlərinin minalardan təmizlənməsi işləri başanıb.

Bu barədə xəbəri Türkiyənin “Gazete Kars” nəşri yayıb: “Minaların təmizlənməsi işlər 20 gün bundan əvvəl başlanıb,  Türkiyənin Kars vilayətində aparılır. Əsas məqsəd – “Alican” sərhəd-buraxılış məntəqəsinin və “Doğukapı” avtomobil və dəmiryolu xəttinin açılmasıdır”.

Qəzetin yazdığına görə, Karsın Akyaka rayonunun İbiş kəndinin çöllük ərazisini İsrailə məxsus bir şirkət minalardan təmizləyir.

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur, sərhəd isə 1993-cü ildən bağlıdır. İki ölkənin xüsusi nümayəndələrinin iyulun 1-də Vyanadakı görüşdə əldə elədikləri razılaşmaya görə, mümkün qədər qısa müddət ərzində Ermənistanla  Türkiyənin quru sərhədlərinin qapılarını üçüncü ölkələrin üzünə açmaq və birbaşa avia yükdaşımalar həyata keçirmək planlaşdırılır.

Hürr Tərcüman