"İsrail HƏMAS-a güzəştlərə razılıq verib"
2024-04-26 10:55:20
Hurriyyet.az xəbər verir ki, "Ynet" portalı mənbələrə istinad edərək, İsrailin güzəştlərə getməyə və Fələstinin HƏMAS hərəkatına tələblərini yumşaltmağa hazır olduğunu bildirib.
Xəbərdə deyilir ki, İsrail tərəfi 40 yox, 33 girovun azad olunmasına razıdır. Bu qrupa qadınlar, ahıllar və xəstələr daxil olacaq. Bunun qarşılığında Tel-Əviv atəşkəs müddətinin azaldılmasını tələb edir.
Hürr Tərcüman