İsrail: "HƏMAS hökumətinin başçısı yeraltı sığınacaqda öldürüldü"
2024-10-03 13:58:45
Hurriyyet.az xəbər verir ki, İsrailin Müdafiə Ordusu bu yaxınlarda aparılan əməliyyat zamanı HƏMAS hökumətinin başçısı Ravhi Muştahini öldürdüyünü bəyan edib.
Muştahi Qəzza bölgəsinin faktiki Baş naziri olub.
Onunla yanaşı HƏMAS rəhbərləri Semij əl Sirac ilə Sami Kudehin də hücum zamanı qətlə yetirildiyi bildirilir.
Açıqlamada yeraltı sığınacaqda aparılan əməliyyat nəticəsində sui-qəsdin həyata keçirildiyi bildirilir.
Hürr Tərcüman