📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Həmasın atdığı raketləri “Dəmir Günbəz”lə zərərsizləşdirdi

2021-09-11 16:46:00

İsrail Həmasın atdığı raketləri “Dəmir Günbəz”lə zərərsizləşdirdi

2021-ci il Ramazan bayramı günlərində özünün pik nöqtələrindən birini yaşayan Fələstin-İsrail qarşıdurması yenidən alovlanmaqdadır. “MIGnews” xəbər agentliyinin 11 sentyabrda verdiyi məlumata görə, İsrail Müdafiə Qüvvələri (Tsaxal) Həmas silahlılarının raket hücumlarına cavab olaraq Qəzza Zolağında olan hədəflərə hava zərbələri endirib.

Fələstin anklavında Həmasın mülkiyyətində olan 3 obyektin atəşə tutulması 11 sentyabr şənbə günündən bazar gününə keçən gecə Qəzza Zolağından İrailin Əşkol rayon şurasına raket atılmasından sonra baş verib. Rayon şurasının ərazisinə düşən raket “Dəmir Günbəz” sistemi ilə zərərsizləşdirilib. Xəsarət alan yoxdur.

Həmas hücum aktı, "Gilboa" sərt rejimli həbsxanasından qaçan altı şəxsdən ikisinin saxlanılması ilə bağlı məlumatların yayılmasından dərhal sonra baş verdi.

Ülviyyə Şükürova

Hurriyyet.az