📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail hərbçiləri bu görüntüyə görə HƏBS EDİLDİ

2026-05-12 12:32:57

İsrail hərbçiləri bu görüntüyə görə HƏBS EDİLDİ

Livan ərazisində dini simvola qarşı hörmətsizlik edən iki İsrail hərbçisi intizam qaydasında hərbi həbsxanaya göndərilib.

Hurriyyet.az  xəbər verir ki, bu barədə məlumatı "Associated Press" agentliyi yayıb.

Agentliyin məlumatına görə, insident zamanı hərbçilərdən biri Məryəm ananın heykəlinin ağzına siqaret qoyaraq foto çəkdirib, digəri isə həmin anı lentə alıb.

Bildirilir ki, ordunun nüfuzuna xələl gətirən bu hərəkət komandanlıq tərəfindən kəskin pislənilib.

Cəza tədbiri olaraq, fotoda poz verən əsgər 21 gün, şəkli çəkən hərbçi isə 14 gün müddətinə həbsxanada qalacaq.