İsrail hərbçiləri fələstinli kişiləri soyundurub... - ŞOK GÖRÜNTÜLƏR
2023-12-08 11:15:09
Sosial mediada onlarla fələstinli kişinin alt paltarına qədər soyunaraq yerdə oturduğunu əks etdirən görüntülər yayılır.
Hurriyyet.az-ın xəbərinə görə, görüntülərdə əks olunub ki, İsrail əsgərləri bu insanların başında gözləyir.
Digər görüntülərdə isə bu insanların hərbi yük maşınları ilə daşındığı əks olunub.
Görüntüləri X hesabında paylaşan Times of Israel müxbiri Emanuel Fabian həmin şəxslərin HƏMAS üzvü olub-olmamasının aydın olmadığını vurğulayıb.
musavat.com