📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İsrail hərbçilərinin Qarabağda olması haqqında danışmaq böyük axmaqlıqdır

2021-10-05 22:08:00

“İsrail hərbçilərinin Qarabağda olması haqqında danışmaq böyük axmaqlıqdır

“İsrail hərbçilərinin Qarabağda olması haqqında danışmaq böyük axmaqlıqdır, bu fikir fantaziyadan başqa bir şey deyil. Bu məlumatlar cəfəngiyatdır”.

Bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi ölkəsinin Silahlı Qüvvələrinin Qarabağda mövcud olması ilə bağlı fikrə münasibət bildirərkən deyib.

Səfir əlavə edib ki, bu fikir Qarabağda marslıların olması kimi bir xəyala bənzəyir: “Düşünürəm ki, bu fikir böyük axmaqlıqdır, Dağlıq Qarabağ bölgəsindən danışırıqsa, orada həm Rusiya, həm də Türkiyə var”. \\Unikal.org