İsrail-“Hizbullah” savaşı – əhali didərgin düşüb, qarşılıqlı zərbələr endirilir
Hurriyyet.az xəbər verir ki, “Əl Vətəniyyə” agentliyinin məlumatına görə, İsrailin Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubundakı sərhədyanı rayonlarda yerləşən “Hizbullah” hədəflərinə raket zərbələri endiriblər.
“Əl Meydan” telekanalının verdiyi xəbərə görə, İsrail dronları Bastara, Halta və Kfar-Şuba yaşayış məntəqələrinin yaxınlığında yerləşən hədəflərə hücumlar ediblər.
Dünən “Hizbullah” döyüşçüləri İsrailin Pranita və Ştula məntəqələrindəki kazarmalara atəş açıblar. İsrail artilleriyası da buna qarşılıq verib.
Qeyd edək ki, Livan cəbhəsinin açılması ilə əlaqədar İsrail hökuməti sərhəddən 5 km radiusda yerləşən 29 yaşayış məntəqəsinin əhalisini köçürməyi qərara alıb.
Livanda isə döyüşlərlə əlaqədar 19 min nəfər sakin sərhəd rayonlarını tərk edib, Tir və Nabatio rayonlarındakı məktəblərdə yerləşdirilib.
Hürr Tərcüman