İsrail-"Hizbullah" savaşı davam edir
2024-04-08 12:37:43
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, İsrailin Livanın cənubuna - Sur şəhərinin Sultaniyyə kəndindəki evə endirdiyi zərbələr nəticəsində 3 nəfər həlak olub. Bu barədə NNA agentliyi məlumat verib.
Zərbələr nəticəsində ev tamamilə yığılıb. Dağıntılar arasında 3 cəsəd çıxarılıb. Ölənlərin şəxsiyyəti barəsində məlumat verilməyib.
İsrail ordusu ilə "Hizbullah" təşkilatı arasında döyüşlər oktyabrın 8-dən bəri davam edir.
Hürr Tərcüman