📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail "Hizbullah"ın Livanın cənubunda yerləşən tunelini məhv edib

2026-08-05 14:44:01

İsrail

İsrail Müdafiə Ordusu Livanın cənubunda yeraltı tuneli məhv edib.

Hurriyyet.Media xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb.

Hərbçilərin məlumatına görə, tunel radikal "Hizbullah" qruplaşması tərəfindən hərbi qulluqçulara qarşı terror hücumlarının hazırlanması və həyata keçirilməsi üçün istifadə edilib.

Eyni zamanda, buraxılış qurğuları və raketlərin saxlanıldığı silah anbarının aşkar edildiyi bildirilib.