"İsrail hökuməti məşru qarşılıq vermə üstünlüyünü itirmiş oldu" - NAZİM CƏFƏRSOY
2023-10-18 14:44:22
"HƏMAS kimi Benyamin Netanyahu hökumətinin də bu prosesdən istədiyi nəticələri əldə edə bilməsi mümkün görünmür"
"Strateji baxımdan HƏMAS-ın hücumu və sonrasında baş verənlər də İsrailin gücünün sərhədlərini göstərir!" Hurriyyet.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy bildirib.
Politoloqun fikrincə, HƏMAS kimi İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin də bu prosesdən istədiyi nəticələri əldə edə bilməsi mümkün görünmür: "Qəzzada xəstəxananın vurulması ilə İsrail hökuməti HƏMAS hücumu ilə qazandığı məşru qarşılıq vermə üstünlüyünü itirmiş oldu".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az