📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail hökuməti qaz yataqlarını işlətmək üçün Fələstin adinistrasiyası ilə "gizli" danışıqlar aparır

2023-05-05 13:27:00

İsrail hökuməti qaz yataqlarını işlətmək üçün Fələstin adinistrasiyası ilə

Cümə axşamı İsraildə “Kanal 13 News” telekanalının verdiyi məlumata görə, İsrail hökuməti Qəzza sahillərindən təxminən 36 kilometr aralıda yerləşən qaz yatağını istismar etmək məqsədilə  Fələstin Administrasiyası ilə gizli danışıqlar aparır .

Məlumata görə, müzakirələr İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallantın razılığı ilə aparlıb və bu İordaniyanın Aqaba və Misirin Şarm əl-Şeyx şəhərlərində keçirilən son sammitlərdən sonra iki tərəf arasında siyasi və təhlükəsizlik müzakirələrinin tərkib hissəsidir. İsrail hökuməti ötən il də Qəzza sahillərində qaz yatağının işlənməsinə dair daxili danışıqlar aparıb. Danışıqlar Amerika vasitəçiliyi ilə bu yaxınlarda təzələndi. İsrail bildirib ki, Fələstin qaz yatağnın işlənməsini təkbaına apara bilməz, qanuna görə bu işi yalnız dövlətlər apara bilər. Fələstin isə dünya birlyinin çox hissəsi tərəfindən dövlət kimi tanınmayıb.  

Təklif olunan həll yolu Misirin layihəyə sponsorluq etməsi olardı . “Kanal-13”ün məlumatına görə, İsrail artıq bu təkliflə Misirin yüksək vəzifəli rəsmilərinə müraciət edib. Əvvəlki plana görə, Misir İsrail infrastrukturundan istifadə edərək dəniz yataqlarında təbii qaz hasilatını asanlaşdıracaqdı. Fələstin İnvestisiya Fondu (PIF) tərəfindən təmsil olunan Fələstin Muxtariyyəti mənfəətin 27,5 faizini əldə edəcək. Qaz yataqları tam işə salınarsa, PA-nın illik gəliri 700-800 milyon dollar arasında olacaq - 10 il ərzində 7-8 milyard dollara bərabərdir.

Ülviyyə, Hurriyet.az