📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail husilərin hərbi obyektlərinə zərbələr endirdi

2025-09-10 22:17:14

İsrail husilərin hərbi obyektlərinə zərbələr endirdi

İsrail Müdafiə Qüvvələri Yəməndə üsyançı “Ənsar Allah” hərəkatının hərbi obyektlərinə hücum edib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri Yəmənin Səna və Əl-Cəvf bölgələrində husilərin terrorçu rejiminə məxsus hərbi obyektlərə zərbələr endirib”, - məlumatda deyilir.

Mətbuat xidmətinin məlumatına görə, zərbələr hərbi şəhərciklər, hərbi informasiya idarəsinin qərargahı və yanacaq anbarı olub. Onlar qeyd ediblər ki, zərbələr husilərin hücumlarına, xüsusən də İsrail istiqamətində pilotsuz təyyarələrin və raketlərin buraxılmasına cavabdır. \\Cebheinfo.az