İsrail Huzbullah hədəflərinə zərbələr endirib
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İsrail ordusu Livanın cənubunda yerləşən Hiyam məntəqəsindəki Huzbullah hədəflərinə qırıcılarla hava hücumları elədiyini bildirib.
İsrail ordusunun yazılı açıqlamasında 8 oktyabr tarixindən bəri Hizbullahın atdığı raketlərin altıda birinin Hiyam məntəqəsindən havaya qalxdığı bəyan edilib. Həmçinin, dünən Livandan İsrailə atılan 2 raketin açıq sahəyə düşdüyü xəbər verilir.
Livanın rəsmi informasiya agentliyi İsrail ordusunun Hiyam məntəqəsinə hava hücumu zamanı 1 dinc sakinin həlak olduğu. 2 dinc sakinin yaralandığı bildirilib.
2023-cü ilin 8 oktyabr tarixindən bəri İsrailin Livanın cənubuna zərbələri nəticəsində 31 nəfər dinc sakin, 184 nəfər Hizbullah döyüşçüsühəlak olub.
Hizbulların İsrailə hücumları nəticəsində isə 6 nəfər dinc israilli, 10 nəfər İsrail hərbçisi həlak olub.
Hürr Tərcüman