📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail ilə yunan Kipri arasında hərbi əməkdaşlıq müqaviləsi imzalandı

2022-06-30 15:08:00

İsrail ilə yunan Kipri arasında hərbi əməkdaşlıq müqaviləsi imzalandı

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrail ilə Cənubi Kipr Respublikasının müdafilə nazirlikləri arasında hərbi texnika satışı ilə bağlı razılaşma imzalanıb.

İsrail MN-in rəsmi açıqlamasına görə, Cənubi Kipr İsraildən fərdi müdafiə vasitələri və “Source” şirkətinin istehsalı olan taktiki yükdaşıma sistemləri alacaq. Həmçinin, İsrail tərəfi yunan əsgərləri üçün “Marom Dolphin” şirkətinin istehsalı olan taktiki yükdaşıma sistemi də tədarük edəcək.

Qeyd edək ki, iyun ayının əvvəlində Cənubi Kiprdə İsrail hərbçiləri ilə birlikdə “Agapinor 2022” adlı hərbi təlimlər keçirilmişdi.

Hürr Tərcüman