📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail İran və onun "yedəkçi" hərbi qüvvələrinə qarşı dəniz müharibəsinə hazırlaşır

2023-05-24 14:55:00

İsrail İran və onun

İsrail İran və onun yedəkçi hərbi qüvvələrinə qarşı dəniz müharibəsinə hazırlaşır. Belə ki, Tehranın əsas regional “yedəkçi” hərbi-siyasi təşkilatı “Hizbullah” İrandan müasir sualtı qayıqlar və onlarla gəmi əleyhinə raket alıb. Bu barədə İsrailin “Walla” xəbər portalı ordudakı mənbələrə istinadən məlumat yayıb.

Eyni zamanda qeyd olunur ki, dənizdə İsrail üçün əsas təhlükə ilk növbədə İran Hərbi Dəniz Qüvvələrindən gəlir. Həmçinin İranın yedəyində olan - İraq, Suriya, Yəmən, Qəzza zolağında iranyönlü hərbi-siyasi təşkilatlar kimi qruplaşmalar da nəzərə alınır .

Bununla bağlı xəbər verilir ki, 2022-ci ildə İsrail hərbi dəniz qüvvələri Aralıq dənizi və Qırmızı dənizlərdə, əsasən Suriya, Livan və Qəzza zolağı sahillərində 50 əməliyyat keçirib. Hazırda hər dəqiqə hər iki dənizdə İsrail Hərbi Dəniz Qüvvələrinin 12 gəmisi var. Yaxın vaxtlarda İsrail ordusunun bu qolunun potensialının gücləndirilməsi nəzərdə tutulur.

Ülviyyə, Hurriyyet.az