İsrail İranı vurdu
Hurriyyet.az xəbər verir ki, ABC telekanalı aprelin 19-da, səhər saatlarında, amerikalı məmura istinadla yaydığı məlumatda İsrailin İran ərazisindəki obyektlərə raket zərbəsi endirdiyini bildirib.
Bundan bir qədər sonra "Fars" agentliyi İranın İsfahan vilayətinin şimal-qərbindəki hərbi bazanın yaxınlığında 3 partlayış baş verdiyini bildirib.
İRNA agentliyinin xəbərində İranın bir neçə vilayətində HHM qüvvələrinin işə düşdüyü qeyd olunsa da, agentlik bir qədər sonra İranın hərbi komandanlığının əməkdaşına istinadla məlumat verib ki, alçaqdan uçan dronlara HHM sistemləri yox, zenit silahları ilə atəş açılıb.
İsrail yaxın 24-48 saat ərzində İrana zərbə endirəcəyi barəsində aprelin 18-də ABŞ-a məlumat vermişdi.
İran televiziyasının məlumatına görə, ölkə ərazisində raket zərbələri qeydə alınmayıb, İsfahan səmasında HMM qüvvələri tərəfindən 3 ədəd PUA vurulub, Təbriz vilayətindəki neft obyektləri zərər çəkməyib.
Hürr Tərcüman