📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail İranın Hayfadakı NEZ-ə zərbələrini təsdiqləyib

2026-03-19 21:32:55

İsrail İranın Hayfadakı NEZ-ə zərbələrini təsdiqləyib

İsrail ordusu və energetika naziri Eli Koen İranın Hayfadakı neft emalı zavodlarına (NEZ) hücumunu təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Qeyd olunub ki, Hayfada NEZ-dəki zədələr İran ballistik raketi zərərsizləşdirildikdən sonra onun qalıqlarının zərbələri nəticəsində yaranıb. Bəyanatda bildirilib ki, şimal şəhərlərdəki obyektlərə birbaşa zərbələr qeydə alınmayıb.

Energetika naziri əlavə edib ki, hücum infrastruktur obyektlərinə əhəmiyyətli ziyan vurmayıb.