İsrail İranın Suriyadakı mövqelərini hədəfə aldı
2023-10-03 13:21:09
Suriya müxaliflərinin mediası İsrail təyyarələrinin Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsində İslam Respublikasına bağlı yaraqlılara məxsus mövqeləri hədəfə aldığını bildirib.
Suriyanın dövlət xəbər agentliyi "SANA" da İsrailin hücumları nəticəsində azı iki suriyalı əsgərin yaralandıği barədə məlumat verib.
Məlumatlara görə, hava hücumlarından ən azı biri İraq-Suriya sərhədi yaxınlığındakı Əl-Bukamal məntəqəsini hədəfə alıb, digər hücumların isə əl-Məyadin və Deyr əz-Zor şəhərləri yaxınlığında baş verdiyi qeyd edilir.
Ülviyyə, Hurriyyet.az