📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail İranın yedəkçi hərbi dəstələrini "Dəmir Şüa" ilə vuracaq

2023-07-20 13:30:00

İsrail İranın yedəkçi hərbi dəstələrini

İsrail İran peyklərinə qarşı dünyada ilk lazer müdafiə sistemlərini yerləşdirəcək. 

"Dəmir Şüa" (Iron Beam) lazer raketdən müdafiə sistemi 18 ay ərzində istifadə üçün İsrail ordusunun sərəncamına veriləcək. Bildirilir ki, onun ilk uğurlu sınaqları 2022-ci ildə baş tutub və bu sistemin dünyada analoqu yoxdur. “Dəmir şüa” ənənəvi hava hücumundan müdafiə sistemlərindən xeyli ucuzdur və onun doldurulmasına ehtiyac yoxdur. Onun atış məsafəsi təxminən 20 km-dir.

Ülviyyə, Hurriyyet.az