İsrail İranla müharibəyə başlaya bilər
2024-01-25 12:16:18
Hurriyyet.az xəbər verir ki, İsrail hakimiyyəti İranı raket hücumları üçün qanuni hədəf hesab edir. Bu, Tehranın bütün dünyada İsrail əleyhinə rejimləri dəstəkləməsi ilə izah edilir.
Bu barədə açıqlamanı İsrailin iqtisadiyyat naziri Nir Barkat verib.
Nazir deyib: "İran - İsrail üçün qanuni hədəfdir... Mən Prezident Kennedinin Kubadakı raket böhranındakı strategiyasından istifadə eləməyi təklif edirəm. O zaman Kennedi demişdi ki, Kubadan atılan raketinə cavab - Moskva istiqamətinə raket atılması olacaq".
Hürr Tərcüman