İsrail İranla yeni nüvə anlaşması qəbul etməyə razıdır
2021-09-15 15:54:00
İsrailin müdafiə naziri Beni Qants “Foreign Policy” jurnalına bildirib ki, onun ölkəsi İranla Vyana şəhərində əldə edilmiş nüvə anlaşmasını qəbul etməyə hazırdır. Bir şərtlə ki, İran razılaşmaya əməl etməsə ABŞ-ın alternativ proqramı olsun.
Qants ABŞ-ı əgər danışıqlar uğursuzluqla sonuclanarsa, İrana iqtisadi təzyiqi gücləndirməklə alternativ proqramı tətbiq etməyə çağırıb. Nazir həmçinin bəyan edib ki, İsrailin 3-cü planı da var və bu plana hərbi əməliyyatlar daxildir. Qants eləcə də İranın nüvə proqramını durdurmaq üçün İsrail ordusunun tədbirlər hazırladığını bildirməklə qarşı tərəfi -rəsmi Tehranı təhdid edib.
Ülviyyə,
Hurriyyet.az