📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail İsfahan və Şiraz şəhərlərini bombalayıb

2026-03-04 14:03:51

İsrail İsfahan və Şiraz şəhərlərini bombalayıb

İsrail ordusu İranın İsfahan və Şiraz şəhərlərini bombalayıb.

Bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumatda bildirib ki, bu, cari kampaniya çərçivəsində İranın bu ərazilərinə edilən ilk hava zərbələridir.

Zərbələr zamanı 20-dən çox hədəfin vurulduğunu, o cümlədən İsfahanda İranın qabaqcıl “Qədr” ballistik raketlərinin saxlandığı iki obyektin hədəf alındığı iddia olunub.

Digər hədəflər arasında ballistik və qanadlı raketlərinin anbarları, eləcə də Hava Hücumundan Müdafiə sistemlərinin də yer aldığı bildirilir.