İsrail konsulluğuna daxil olan fələstinlilərin 70 tərəfdarı saxlanılıb.
2024-06-04 12:25:22
Hurriyyet.az
Qəzza zolağında atəşkəsə çağıran "Anti - Sionizm antisemitizm deyil" və "çaydan dənizə azad Fələstin" yazılmış plakatları olan nümayişçilər İsrailin San-Fransiskodakı konsulluğunun qarşısına toplaşıblar.
"Azad Fələstin" şüarları səsləndirən bəzi nümayişçilər özlərini qapıya zəncirləyiblər.
San-Fransisko polisi konsulluğa girən və binanı tərk etməkdən imtina edən 70 nəfərin tutulduğunu elan edib./AA