İsrail-Livan cəbhəsində döyüşlər davam edir
Hurriyyet.az “Anadolu agentliyi”nə istinadla xəbər verir ki, “Hizbullah” təşkilatı İsrail ordusunun mövqelərinə hücum edib. Livanın cənubundan İsrailin Şumir qəsəbəsindəki hərbi obyektə atəş açılıb. Hücum barəsində məlumatı “Hizbullah” təşkilatı verib.
Livanın rəsmi NNA informasiya agentliyinin xəbərinə görə, İsrail ordusunun artilleriya bölmələri Livanın cənubundakı Alma əş Şaab ilə Nakura şəhərləri arasındakı əraziləri, həmçinin, Hiyam şəhərinin ətrafını atəşə tutublar.
Oktyabrın 8-dən bəri İsrail ordusu ilə “Hizbullah” döyüşçüləri arasında baş verən silahlı toqquşmalar nəticəsində 104 nəfər “Hizbullah” üzvünün və 6 nəfər İsrail əsgərinin həlak olduqları bildirilir. Hücumlar nəticəsində Livanda 24, İsraildə 5 nəfər dinc sakin həyatını itirib.
Hürr Tərcüman