İsrail Livan cəbhəsinin açılmasını gözləyir – minlərlə sığınacaq hazırlanır
2023-10-23 10:07:05
Hurriyyet.az TASS informasya agentliyinə istinadla xəbər verir ki, İsrailin şimalında 4 min ədəd bomba sığınacağının təcili təmirinə başlanılıb.
Layihə şimal cəbhəsinin açılması ehtimalına hazırlığıq məqsədilə həyata keçirilir. “Yerusalim Post” (“The Jerusalem Post”) nəşrinin yazdığına görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda “Hizbullah” təşkilatının müharibəyə qoşulmasının mümkünlüyü gündəmdədir. Qəzet layihənin İsrailin Böyük Britaniyadakı JNF UK adlı xeyriyyə təşkilatı ilə “Ossim Shechuna” qeyri-hökumət təşkilatı tərəfindən maliyyələşdirildiyini xəbər verib.
Hürr Tərcüman