📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Livan şəhərlərinə zərbələr endirdi

2024-01-06 23:18:01

İsrail Livan şəhərlərinə zərbələr endirdi

İsrail qırıcıları Livanın Tir və Sayda şəhərləri yaxınlığındakı ərazilərə zərbələr endirib.

Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“İsrail aviasiyası Livanın Tir şəhərinin cənubundakı Əl-Xəlilə zərbə endirib. İsrail hava qüvvələri həmçinin Sayda şəhərinin cənubundakı Qeysəriyə əs-Siyad və əl-Şərqiyyə bölgələri arasındakı əraziyə zərbələr endirib”, - deyə bildirilir. \\Ölkə.az