İsrail-Livan sərhədində atışma davam edir
2023-10-31 17:50:50
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrail Ordusu Livan cəbhəsindən yeni atəş cəhdləri edildiyini bəyan edib.
Ordunun mətbuat xidmətinin açıqlamasında deyilir: “Metulda (livanla həmsərhəd yaşayış məntəqəsi – red.) həyəcan siqnalı işə düşəndən sonra Livandan iki uğursuz mərmi atışı qeydə alınıb – mərmilər İsrailə çatmayıblar. İsrailin Müdafiə Ordusunun artilleriyası hazırda Livana zərbələr endirir”.
Hürr Tərcüman