📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Livanda yeni itkilər verib

2026-04-19 17:49:47

İsrail Livanda yeni itkilər verib

İsrail ordusu Livanın cənubunda yeni itkilər verib.

Oxu.Az ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, döyüş əməliyyatları zonasında 769-cu ərazi briqadasının ehtiyatda olan baş çavuşu həlak olub.

Daha doqquz İsrail hərbçisi xəsarət alıb: biri ağır yaralanıb, dördünün orta ağırlıqda xəsarətləri var, daha dördü yüngül travmalar alıb. Onların hamısı xəstəxanaya yerləşdiriliblər.

Hadisə orduya məxsus mühəndis maşınının yolun kənarında quraşdırılmış partlayıcı qurğunun üzərində partlaması nəticəsində baş verib. Yaralanmış hərbçilər partlayışın baş verdiyi ərazinin yaxınlığında olublar.