📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Livandakı hədəfləri vurdu - ikinci cəbhə açıla bilər

2023-10-17 08:30:40

İsrail Livandakı hədəfləri vurdu - ikinci cəbhə açıla bilər

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İsrailin “Yediot Ahronot” (Yedioth Ahronoth) nəşri ötən gecə İsrail Ordusunun Livanda “Hizbullah” təşkilatına məxsus hədəflərə hücum elədiyini bildirib. Qəzetin yazdığına görə, İsrail Ordusunun təmsilçisi deyib: “Hizbullah”ın Livan torpaqlarındakı hərbi hədəflərə hücum etdik”. O, detalların sonra açıqlanacağını söyləyib.

Xəbər verdiyimiz kimi, İsrailin Müdafiə Nazirliyinin Fövqəladə Hallar İdarəsi və İsrail Ordusu dünənki açıqlamasında Livanla sərhəddən iki kilometr məsafədə yerləşən yaşayış məntəqələrindəki əhalinin təxliyyə planının həyata keçiriləcəyini bəyan etmişdi.

Hürr Tərcüman