İsrail Livanın cənubuna zərbələr endirib
2024-01-16 16:32:40
Hurriyyet.az "TRT Haber" kanalına istinadla xəbər verir ki, İsrail ordusu Livanın cənubuna azı 15 dəfə havadan hücum edib. Bu barədə məlumatı Livanın rəsmi NNA agentliyi verib. İsrail ordusu Sluki Vadisi, Huceyra Vadisi və Hula məntəqəsi rayonlarına 15 dəfə zərbələr endirib.
"Hizbullah" təşkilatı ilə İsrail ordusunun 2023-cü il oktyabrın 8-dən bəri sərhəddəki atışmaları nəticəsində 29 nəfər livanlı dinc sakinin, 161 "Hizbullah" üzvünün, 6 nəfər israilli dinc sakinin, 10 İsrail əsgərinin həlak olduğu xəbər verilir.
Hürr Tərcüman