📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Makrona qarşı tədbirlər görməyə hazırlaşır

2024-10-21 10:27:00

İsrail Makrona qarşı tədbirlər görməyə hazırlaşır

Hurriyyet.az xəbər verir ki, İsrailin Xarici İşlər Nazirliyinin Fransa Prezidenti Emmanuel Makrona qarşı tədbirlər görəcəyi gözlənilir. Səbəb Fransanın İsrailin hərbi sənaye şirkətlərinin silah sərgisində iştirakına buraxılmamasıdır. Həmiş şirkətlərin texnikalarından Qəzzadakı və Livandakı hərbi əməliyyatlar zamanı istifadə edilib.
Bu barədə İsrailin XİN rəhbəri İsrael Kats X şəbəkəsində məlumat verib: "İsrailin Xarici İşlər Nazirliyindən Fransa Prezidenti Emmanuel Makronun İsrail şirkətlərinə öz məhsullarının gələn ay  Parisdə keçiriləcək "Euronaval" sərgisində nümayiş etdirməyi qadağan etməsinə qarşı hüquqi və diplomatik tədbirlər gösməyi xahiş etmişəm". 
Hürr Tərcüman