İsrail mediası: İranda nüvə obyekti alovlanıb
2024-10-24 18:07:06
Hurriyyet.az xəbər verir ki, İsrail mətbuatı İranın nüvə obyektlərindən birində yanğın baş verdiyini bildirirlər. Yanğının Tehranın qərbindəki Karac nüvə obyektində başlandığı bildirilir.
İranın rəsmi idarələri xəbərlə bağlı açıqlama verməyiblər. Lakin sosial şəbəkələrdə yanğın yerindən çəkildiyi bildirilən təsvirlər yayılıb.
Yanğının səbəbi açıqlanmayıb.
Hürr Tərcüman