İsrail mediası İsrail ordusunun həyata keçirdiyi hücumlarda 4 israilli məhbusun ölməsini ...
2024-06-03 23:11:26
Hurriyyet.az
İsrail ordusundan verilən açıqlamaya görə, Qəzzadakı Haim Perry, Yoram Metzger, Amiram Cooper və Nadav Popplewell adlı israilli məhbuslar həyatını itirib.
Açıqlamada məhbusların ailələrinə məlumat verildiyi və ölüm səbəbləri araşdırıldığı bildirilib.
İsrail Ordusunun sözçüsü Daniel Hagari verdiyi açıqlamada, "İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunus bölgəsinə hücumlarını davam etdirərkən dörd məhbusun aylar əvvəl birlikdə öldürüldüyünü təxmin edirlər" dedi.
Digər tərəfdən İsrail mediası İsrail ordusunun həyata keçirdiyi hücumlarda 4 məhbusun ölməsi ehtimalına diqqət çəkir.
Qəzza zolağında 124 israilli məhbusun olduğu təxmin edilir.