📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail mənə kömək etməsəydi burada olmazdım - Polad Bülbüloğlu

2026-11-21 15:15:28

İsrail mənə kömək etməsəydi burada olmazdım - Polad Bülbüloğlu

Xalq artisti Polad Bülbüloğlu gözündə yaranan ciddi problemlə əlaqədar bir neçə ölkədə həkimlərlə məsləhətləşdiyini və İsraildə əməliyyat olunduğunu bildirib.

Modern.az xəbər verir ki, o bu barədə "Sheinkin40" Yutub kanalına müsahibəsində deyib.

“Yaş artdıqca səhhətim pisləşməyə başladı. Gözlərimlə bağlı çox ciddi problemim var idi. ABŞ-də, Rusiyada və bir neçə başqa ölkədə həkimlərlə məsləhətləşdim. Mənə həqiqətən İsraildə kömək etdilər. Beş çox mürəkkəb əməliyyat keçirdim. Yəqin, elə bunun sayəsində indi qarşınızda oturub sizi görürəm”- deyə o bildirib.