İsrail mətbuatı: “Hizbullah” döyüşlərdə iştirak etməyəcək”
2023-10-09 13:17:38
Hurriyyet.az xəbər verir ki, “Tayms of İsrail” nəşrinin yazdığına görə, Livanda hökumət “Hizbullah” şiə hərəkatından İsrailin Livana qarşı addım atmayacağı təqdirdə, “Hisbullah” İsrail ilə HƏMAS arasındakı döyüşlərə qoşulmayacağı ilə bağlı razılıq alıb.
Qəzet yazır: “Livanın xarici işlər naziri Abdullah Buhəbib bazar ertəsi günü bəyan edib: “Hökumət “Hizbullah” təşkilatından təminat alıb – İsrail Livanı sıxışdırmayacağı təqdirdə, təşkilat döyüşlərdə iştirak etməyəcək”.
Hürr Tərcüman