📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail mətbuatında iddia: “Mossad rəhbəri amerikalılara həssas məlumatlar ötürüb”

2022-09-09 14:37:00

İsrail mətbuatında iddia: “Mossad rəhbəri amerikalılara həssas məlumatlar ötürüb”

İsrailin kəşfiyyat və xüsusi əməliyyatlar agentliyi- "Mossad"ın rəhbəri Amerika rəsmilərinə xəbərdarlıq edib ki, İran nüvə proqramı ilə bağlı dünyanı aldatmağa davam etdikcə ölkəsi susmayacaq.
İsrail mətbuatının xəbərinə görə, Amerikaya səfər edən David Barnea Amerika rəsmiləri ilə görüşündə onlara İranla bağlı “həssas məlumatlar” təqdim edib.
O, ölkəsinin amerikalı tərəfdaşlarını İranla hər hansı nüvə sazişindən yayınmağa inandırmaq üçün bazar ertəsi Vaşinqtona gedib.

Ülviyyə, Hurriyyet.az