📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail müdafiə naziri: Hizbullah çaşsa, Livanı daş dövrünə qaytaracağıq

2023-06-07 15:10:00

İsrail müdafiə naziri: Hizbullah çaşsa, Livanı daş dövrünə qaytaracağıq

İsrailin müdafiə naziri İranı, "Hizbullah səhv etsə, Livanı daş dövrünə qaytaracağıq" ifadələri ilə təhdid edib. 

İsrailin müdafiə naziri Qalant İranın hipersəs raketinin təqdimatı ilə bağlı Tehranın üstüörtülü təhdidlərinə belə reaksiya verib: “İstənilən belə inkişafa bizim daha yaxşı cavabımız var – istər quruda, istər havada, istərsə də dəniz arenasında”. Qalant, Livanın iranpərəst hərbi-siyasi təşkilatı “Hizbullah”ı hədələyib və əlavə edib ki, əgər səhv etsə, “İsrail ona güclü zərbə vuracaq və Livanı daş dövrünə qaytaracaq”.

Ülviyyə, Huriyyet.az