İsrail müharibəni 42 gün müddətində dayandıra bilər
2024-06-03 18:30:16
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrail Qəzzadakı əməliyyatları 42 gün müddətində dayandıra bilər.
"Israel Hayom" qəzetinin yazdığına görə, İsrailin Baş naziri Binyamin Netanyahu parlament komissiyasının qapalı iclasında çıxışı zamanı belə bir açıqlama verib.
Binyamin Netanyahu deyub: "İsrail girovları qaytarmaq üçün hərbi əməliyyatları 42 gün müddətinə dayandıra bilər. Lakin bir müharibəni tamamilə dayandıra bilmərik. İranlılar və bizim bütün düşmənlərimizi bizə baxaraq təslim olmağımızı görmək istəyirlər. Çox sayda yalan məlumatlar yayılır".
Hürr Tərcüman