📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Natanzdakı nüvə obyektinə zərbə ilə bağlı açıqlama verdi

2026-03-21 23:30:21

İsrail Natanzdakı nüvə obyektinə zərbə ilə bağlı açıqlama verdi

Natanzdakı nüvə obyektinə endirilən zərbələr İrana qarşı davam edən müharibə fonunda geni əks-səda doğurub.

Oxu.Az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri (SAXAL) bəyan edib ki, həmin hücuma aidiyyəti yoxdur və bu ərazidə heç bir əməliyyat aparmayıb. SAXAL, həmçinin vurğulayıb ki, mövcud münaqişə şəraitində ABŞ-nin hərəkətlərini şərh etmir.

Bir sıra mənbələrin məlumatına görə, uranın zənginləşdirilməsi üzrə zavoda zərbələr ABŞ tərəfindən endirilmiş ola bilər. Hücum zamanı möhkəmləndirilmiş yeraltı obyektlərin məhv edilməsi üçün nəzərdə tutulmuş xüsusi sursatlardan istifadə olunub. Bu isə kritik infrastrukturun hədəfə alındığını göstərir.

Bununla yanaşı, İsrail İran hədəflərinə qarşı hərbi kampaniyasını davam etdirir. Gecə ərzində İsrail Hərbi Hava Qüvvələri Tehrana silsilə zərbələr endiriblər.

SAXAL-ın məlumatına görə, ballistik raketlərin hazırlanması və istehsalı ilə bağlı onlarla obyekt hədəf alınıb. Hədəflər arasında SEPAH-ın əsas obyektləri, raket komponentləri anbarları, raket yanacağı istehsalında iştirak edən müəssisələr və Tehranın ətrafındakı hava hücumundan müdafiə sistemləri olub.