İsrail Norveç diplomatlarını ölkədən qovur
2024-08-08 17:22:25
Hurriyyet.az xəbər verir ki, İsrail Norveçin Tel-Əvivdəki səfirliyinin 8 diplomatının akkreditasiyasını ləğv edib. Onlar Fələstin Milli Administrasiyası ilə əlaqələrə görə cavabdeh olublar. Bu barədə İsrail XİN çəlumat verib.
İsrailin xarici işlər naziri İsrail Kats bunu Norveç hökumətinin "İsrail əleyhinə atdığı bir sıra birtərəfli addımlarla" əlaqələndirib. O, Norveçin Fələstini dövlət kimi tanımasından narazılığını bildirib.
Hürr Tərcüman