📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Norveç və İrlandiyadakı səfirlərini geri çağırdı

2024-05-22 13:01:23

İsrail Norveç və İrlandiyadakı səfirlərini geri çağırdı

Hurriyyet.az xəbər verir ki, Norveç ilə İrlandiya Fələstinin dövlət müstəqilliyini tanıdıqları üçün İsrail bu ölkələrdəki səfirlərini məşvərət üçün geri çağırıb.
Bu barədə İsrailin xarici işlər naziri İsrael Kats açıqlama verib. Nazir X şəbəkəsində yazıb: "Mən İrlandiya ilə Norveçə dəqiq siqnal göndərirəm: "İsrail onun suverenliyini pozanlara və təhlükəsizliyini təhdid edənlərə güzəştə getməyəcək".


Hürr Tərcüman